en ru
0.1
Haqqımızda
2007-ci ildə Vəli Kərimov və onun yaxın dostu Bayram Rəhimovun ortaq təşəbbüsü ilə əsası qoyulan “Sofistico” MMC Azərbaycanın konsaltinq sektorunda özünəməxsus yer tutmuş və illər ərzində güclü təcrübə, yenilikçi yanaşma və keyfiyyətli xidmət prinsipləri ilə formalaşmışdır. Şirkətin təsisçiləri uzun illər ərzində qazandıqları təcrübə və bilikləri bu quruma yönəldərək, yalnız biznes deyil, həm də bir dəyər sistemi yaratmağı qarşılarına məqsəd qoymuşdular. Onların məqsədi müştərilərə yalnız xidmət göstərmək deyil, həm də onlarla etibarlı tərəfdaşlıq qurmaq, mürəkkəb problemlərə strateji və praktik həllər təqdim etmək idi. Bu gün “Sofistico” komandası olaraq biz bu irsi yaşatmaqdan və onu müasir dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirməkdən qürur duyuruq. Bizim üçün şirkət yalnız bir fəaliyyət məkanı deyil – bu, davamlı inkişafa, dürüstlüyə, şəffaflığa və insanlara xidmət etməyə əsaslanan bir missiyadır. Müştərilərimizə təqdim etdiyimiz hər bir həll – istər hüquqi, istər maliyyə, istərsə də idarəetmə üzrə olsun – bizim dəyərlərimizin, zəhmətimizin və illərlə formalaşmış peşəkarlığımızın nəticəsidir.
Ətraflı təfərrüata baxın
0.2
Xidmətlər
Audit xidmətinin təşkili
Biz Sizə mövcud qanunvericiliyə uyğun olaraq təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində kompleks audit xidmətlərinin təşkilini təklif edirik.
Daha ətraflı oxuyun
Mühasibat Uçotu Xidməti
Rəqabətin artması şəraitində biznesin uğurlu inkişafı sahibkarlıq mühitində hər bir dəyişikliklərə daha çevik və düzgün reaksiya verməyi tələb edir. Bunlara nail olmaq işçi heyətinin mütəmadi olaraq hazırlıq keçməsi, onların ixtisasının artırılması, treninqlərdə iştirakı və attestasiyalardan keçirilməsi ilə mümkündür.
Daha ətraflı oxuyun
Məsləhət Xidməti
Hər hansı bir şirkət rəhbərliyi və idarəetmə heyəti şirkətin fəaliyyəti zamanı yaranan bütün suallara hər zaman müstəqil və düzgün cavab tapa bilmir. Peşəkar məsləhətlər rəhbərliyə istehsalın səmərəliliyini və xidmətlərin keyfiyyətini yüksəltməyə, biznes fəaliyyətini daha da genişləndirməyə, şirkəti yeni səviyyəyə gətirməyə, durğunluq və böhranla mübarizə aparmağa, biznesə yeni gözlə baxmağa və s. kömək edir.
Daha ətraflı oxuyun
Kadr işləri
İnsan resurslarının idarəedilməsi biznesin uğurlu inkişafı üçün digər vacib məsələlərdən biridir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçinin haqqlarını üstün tutan məcəllərdən olmaqla birlikdə, işəgötürənlər üçün daima əl altında saxlanılmağı icbari olan qaydalar toplusudur.
Daha ətraflı oxuyun
Korporativ hüquq xidməti
Yeni yaradılacaq hüquqi şəxslərin dövlət qeydiyyatına alınması, mövcud hüquqi məlumatlara dəyişikliklərin edilməsi, eyni zamanda hüquqi şəxslərin ləğvi üzrə bütün hüquqi prosedurların həyata keçirilməsi və s uzun zamandan bəri təqdim etdiyimiz xidmətlərimizdən biridir.
Daha ətraflı oxuyun
0.3
Tərəfdaşlar
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Image
Tərəfdaşlar
Komandamız neft və qaz, e-ticarət, pərakəndə satış, ictimai iaşə, səyahət və turizm, səhiyyə, istehsal, informasiya texnologiyaları və rabitə, xidmət, kənd təsərrüfatı sektorları və s. sahələrdə kifayət qədər təcrübəlidir.
0.4
Bloq
Vergi Məcəlləsinə Edilmiş Dəyişikliklər
Vergi Məcəlləsinə Edilmiş Dəyişikliklər
Dəyişikliklər 01.01.2025-ci il tarixindən qüvvəyə minir.
Daha ətraflı oxuyun
Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydası və şərtləri
Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydası və şərtləri
“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” adlı qərar “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri“ olaraq dəyişdirilmişdir. Sözügedən qərar 21.11.2024-cü il tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
Daha ətraflı oxuyun
Əmək Məcəlləsinə dəyişikliklər 2024
Əmək Məcəlləsinə dəyişikliklər 2024
Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Bu dəyişikliklər 12 avqust 2024-cü il tarixindən etibarən qüvvədədir. 
Daha ətraflı oxuyun
Ezamiyyə normalarına dəyişikliklər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Ezamiyyə xərclərinin normaları haqqında” Qərara dəyişiklik edilmişdir. Bu Qərar 05 aprel 2024-cü il tarixindən etibarən qüvvədədir.
Daha ətraflı oxuyun
Sahibkarlıq sahəsində yoxlamalar
Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır.
Daha ətraflı oxuyun
Vergi Məcəlləsinə Edilmiş Dəyişikliklər
Dəyişikliklər 01.01.2024-cü il tarixindən qüvvəyə minir.
Daha ətraflı oxuyun
Qeyri-rezidentlərin ƏDV qeydiyyatı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarı ilə təsdiq edilmiş internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydası
Daha ətraflı oxuyun
Sınaq müddəti üzrə dəyişiklik
Sınaq müddəti ilə bağlı Əmək Məcəlləsinə edilən dəyişiklik və Əmək münasibətləri və məşğulluq altsisteminə (ƏMAS) əlavə edilmiş yeni funksiya.
Daha ətraflı oxuyun